Mərkəzi Bank və Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin birgə təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib.
Mərkəzi Bank ilə yanaşı kommersiya banklarının əməkdaşlarının iştirak etdiyi təlimdə rəqəmsal transformasiyanın əsasları nəzərdən keçirilərək rəqəmsal inqilab dövründə maliyyə bazarlarının fəaliyyəti və biznes modellərinin dövrün tələblərinə uyğunlaşdırılması mövzuları əhatə olunub.
Üç gün davam edən təlimdə maliyyə institutlarının rəqəmsallaşma tendensiyaları, açıq bankçılıq və açıq “API” konsepsiyaları ətrafında mühüm müzakirələr də aparılıb.
Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunublar.