4
Rabitəbank Naxçıvanda Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləni Rabitəbankın İdarə Heyəti sədrinin birinci müavini Orhan Gültekin və Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini və sədr vəzifələrini müvəqqəti icra edən Novruz Novruzlu imzalayıblar.
Müqaviləyə əsasən Rabitəbank Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri ilə sahibkarlara maliyyələşdirmə imkanları yaradılmasına dəstək olacaq.