Home » RABİTƏBANK LƏNKƏRANDA İMƏCİLİK AKSİYASI KEÇİRDİ

RABİTƏBANK LƏNKƏRANDA İMƏCİLİK AKSİYASI KEÇİRDİ

by Zeyneb
0 comments 1 views 1 minutes read

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində təbiətin qorunması və ekoloji maarifləndirməyə dəstək məqsədilə növbəti ekoloji təşəbbüsünü həyata keçirib.

Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, bankın Lənkəran və Masallı filiallarının əməkdaşlarının iştirakı ilə Lənkəran rayonunun Xanbulan ərazisində iməclilik aksiyası təşkil olunub.

Aksiya çərçivəsində ərazidə tullantıların toplanması və təmizlənməsi işləri aparılıb, ümumilikdə 1 tona yaxın məişət tullantısı yığılıb. Aksiyanın əsas məqsədi ətraf mühitin təmiz saxlanılması, yaşıllıq ərazilərinin qorunması və ekoloji dəyərlərə ictimai diqqətin artırılması olub.

Qeyd edək ki, Rabitəbank mütəmadi olaraq ekoloji maarifləndirmə və ətraf mühitin mühafizəsinə yönələn sosial layihələr həyata keçirir. Bankın korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri ölkəmizin ekoloji davamlılığına və yaşıl gələcəyinə töhfə verməkdir.

Hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.