11 iyun 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun onlayn iclası keçirilib.
İclasda xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması qaydası və banklarda likvidlik risklərinin idarə edilməsi qaydası üzrə verilən rəy və təkliflər müzakirə edilmişdir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.