Home » Rostov müəssisələrinin nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

Rostov müəssisələrinin nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostovdan olan müəssisələrin nümayəndələrinin ölkəmizə biznes-missiyası təşkil olunub.

Biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostovdan olan müəssisələrin nümayəndələri  arasında ikitərəfli görüşlər keçirilib. Rostovdan olan nümayəndə heyəti həmçinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar.

Rostovdan olan nümayəndələr biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.