Rusiya ilə Ukrayna arasında fevral ayından etibarən davam edən qarşıdurma hər iki ölkənin iqtisadiyyatına mənfi təsirsiz ötüşməyib. Ölkələrin istehsal mexanizmlərində axsamalar və dayanmalar olması ilə yanaşı, beynəlxalq kredit reytinqi üzrə agentliklər də reytinq dərəcələrində mənfi yönümlü dəyişikliklərə gedib.
Tərəflərdən dünya ölkələrinin iqtisadi təzyiqlərinə ən çox məruz qalan isə Rusiya Federasiyasıdır. Qərb ölkələri tərəfindən tətbiq edilən sanksiya paketlərinin nəticəsidir ki, bir çox beynəlxalq brendlər Rusiya bazarını tərk edib. Son olaraq, Finlandiyanın “Nokia” şirkətinin bazarı tərk etməsindən sonra ABŞ mərkəzli Yale Universiteti bu barədə siyahı dərc edib.
İlkin olaraq, 28 fevral tarixində 20-yə yaxın şirkətin yer aldığı siyahı getdikcə artıb və hazırda Rusiya bazarını tərk etmiş 600 şirkəti öz bazasında cəmləşdirib. Avtomobil istehsalından bank sferasına, yeyinti sənayesindən energetika sektoruna qədər uzanan şirkətlərin siyahısına aşağıdakı illustrasiyadan nəzər yetirə bilərsiniz.