Rusiya Mərkəzi Bankı kəskin faiz artımına gedib. Analitiklərin gözləntilərini üstələyən Mərkəzi Bank 1050 faiz bəndi artıraraq uçot dərəcəsini 9.5%-dən 20%-ə qaldırıb. Mərkəzi Bankın Sədri Nabiullina bildirib ki, Rusiya Mərkəzi Bankı ölkədə istehlak qiymətləri indeksinin stabilləşdirilməsi, eləcə də Rusiya-Ukrayna arasında yaranan qarşıdurmanın ölkə iqtisadiyyatına təsirlərinin yumşaldılması məqsədilə uçot dərəcəsinin daha da artırılması planlaşdırılır. 11 fevral tarixində keçirilən iclasda 8.5%-dən 9.5%-ə yüksəldilən uçot dərəcəsinin 2023-cü ilədək 6% səviyyəsinə endirilməyəcəyi bildirilib.
Bununla yanaşı, qarşıdurmanın təsiri ilə ölkənin valyutası rublun ABŞ dolları qarşısında kəskin dəyər itirməsinin qarşısının alınması məqsədilə Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi ölkə daxilində fəaliyyət göstərən ixracatçı şirkətlərin xarici valyuta ehtiyatlarının bir qisminin satin alınması ilə bağlı göstəriş verib.