Rusiya “Nord Stream 1”dən təbii qaz axınını Avropa üçün yenidən kəsdi

Rusiyanın “Qazprom” şirkətinin bazar ertəsi günü açıqlamasına görə, “Nord Stream 1” boru kəmərində başqa bir turbinini dayandırdığını, Almaniyaya təbii qaz axınının normal gücün yalnız 1/5-ə bərabər olacağını bildirib. Ümumi həcmini tam gücünün 20%-ə (əvvəlki rəqəm 40%, daha sonra 30% idi-red.) endirəcək.

BBN.az NBC News-a istinadən xəbər verir ki, belə bir qərar Rusiyanın Ukraynanı işğal etməsinə görə, Qərbin iqtisadi sanksiyaları gücləndirməsinə təsadüf edir. Avropa Birliyi Rusiyanı enerji şantajından istifadə etməkdə günahkar görür, Kremlindən isə deyirlər ki, təbii qazın dayandırılmasına səbəb texniki problemlər və Qərbin sanksiyalarından dolayıdır. 

Yeniliyə, əsasən təbii qazın həcmi günlük 33 milyon kub metrə enib, bu isə cari axının yarısı deməkdir.  

Avropa siyasətçiləri isə dəfələrlə xəbərdarlıq edirlər ki, Rusiya qışda təbii qaz axınını kəsəcək, bu Almaniyanı iqtisadi tənəzzülə aparacaq, onsuz da yüksək qiymətlərdən əziyyət çəkən istehlakçıların ərzaq və təbii qaza görə daha yüksək ödəniş etməsinə səbəb olacaq. 

Prezident Vladimir Putin isə bu ay Qərbə xəbərdarlıq edərək bildirmişdir ki, sanksiyaların davam etməsi bütün dünyada enerji qiymətlərinin fəlakətli artımına səbəb olacaq. Putin keçən həftə sonuncu kəsilmə ilə bağlı xəbər vermişdi. O, deyirdi, “orada iki işlək maşın var, onlar gündə 60 milyon kub metr təbii qazı çatdırırlar, biri geri qaytarılmasa orada 30 milyon kub metr təbii qaz qalacaq”. 

Bildirək ki, Rusiya Səudiyyə Ərəbistanından sonra dünyanın ikinci neft ixracatçısıdır, eyni zamanda dünyanın ən böyük təbii qaz ixraatçısıdır. Avropa təbii qazın 40%-ni, neftin isə 30%-ni Rusiyadan alır. Həmçinin “Qazprom” keçən həftə 10 günlük yenilənmədən sonra, təbii qaz axınını bərpa etdi, bu isə boru kəmərinin tutumunun cəmi 40%-ni təşkil edirdi. Rusiya turbininin Kanadadan gecikdirilməsi ilə bağlı olaraq iyunda axını kəsdiyini elan etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır