Home » Səhiyyə sahəsində iqtisadi əməkdaşlıq üzrə Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Səhiyyə sahəsində iqtisadi əməkdaşlıq üzrə Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

by anar
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı (“Partnering in Business with Germany”) çərçivəsində 2024-cü il üçün növbəti

MÜSABİQƏ ELAN EDİR

Mövzu: “Səhiyyə sahəsində iqtisadi əməkdaşlıq”

Proqramın dili: ingilis dili

Proqram sahibkarlar, özəl və dövlət şirkətlərinin mütəxəssis və menecerləri üçün nəzərdə tutulur. Proqramın müddəti 7 aydır və aşağıdakı mərhələlərdən ibarətdir:

– Onlayn təlim mərhələsi: 6 həftə;

– Almaniyada təlim və təcrübə: 2 həftə;

– Praktiki icra mərhələsi: 5 ay;

– Şəbəkələşmə tədbiri: 2 gün.

Təlimi uğurla başa vuranlara Almaniya tərəfinin müvafiq sertifikatı təqdim ediləcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər aşağıda qeyd olunan sənədləri KOBİA-nın training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə “Almaniyada ixtisasartırma kursu – səhiyyə sahəsində iqtisadi əməkdaşlıq” yazmaqla) göndərməlidir:

– Müraciət forması;

– Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin tövsiyə məktubu;

Əlavə məlumatı linkdən əldə etmək olar: 

Sənəd qəbulu 16 mart 2024-cü il tarixinədək davam edəcək.

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01/(+994 55) 200 04 57, training@smb.gov.az.

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq KOBİA və GİZ tərəfindən birgə həyata keçirilir. İştirakçılar Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında seçilir. İştirakçıların proqram çərçivəsində olan xərcləri (nəqliyyat xərcləri istisna olmaqla) Almaniya tərəfindən qarşılanır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.