Home » “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib

“Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsinin qalibləri müəyyənləşib

by anar
0 comments 1 views 1 minutes read

“Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsi çərçivəsində 311 layihəyə ümumilikdə 67 milyon manata yaxın güzəştli kredit ayrılıb.

 İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun təşəbbüsü ilə sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında keçirilən “Sənaye və yaşıl layihələrə dəstək” müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Görüşdə bildirilib ki, 2024-cü il ərzində 2 dəfə keçirilən müsabiqə nəticəsində müvafiq istiqamət üzrə 311 layihəyə ümumilikdə 67 milyon manata yaxın güzəştli kredit ayrılıb. Bu layihələrdən 175-i II yarımil üzrə keçirilən müsabiqə çərçivəsində maliyyələşdirilib və həmin layihələr ümumilikdə 40 milyon manata yaxın güzəştli kreditlə təmin edilib.

Müsabiqə komissiyasının qərarına əsasən sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr üzrə kredit ayrılan layihələrin icra olunacağı regionlar, mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə məxsus olması, kredit ayrılmış sahibkarlıq subyektinin kateqoriyası (qadın və gənc sahibkarlar) və kredit məbləği əsas götürülməklə, 1-ci yerə “Yelo Bank” ASC-nin nümayəndəsi Nahid Əhmədov, 2-ci yerə “Aqrarkredit” QSC-nin nümayəndəsi Rahib Səfərov, 3-cü yerə “Expressbank” ASC-nin nümayəndəsi Emil Həmidov layiq görülüb.

Qaliblər diplomlarla təltif ediliblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.