Home » Sahibkarlar “Rəqabət Məcəlləsi”nə həsr olunan görüşdə iştirak etdilər

Sahibkarlar “Rəqabət Məcəlləsi”nə həsr olunan görüşdə iştirak etdilər

by anar
0 comments 2 views 1 minutes read

Fevralın 20-da Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə “Rəqabət Məcəlləsində təsbit edilmiş yeni anlayışlar və müvafiq tənzimləmə üsulları” ilə bağlı görüş keçirilib. Dövlət-özəl dialoqu çərçivəsində keçirilən görüşdə müxtəlif sektorları təmsil edən sahibkarlar iştirak ediblər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkəmizdə sahibkarlıq fəaliyyətinin tənzimlənməsində mühüm qanunvericilik aktlarından biri olan və 2023-cü ilin sonunda qəbul edilən Rəqabət Məcəlləsi, əsas anlayışlar və tətbiqi üzrə praktik məsələlərə dair geniş təqdimatlarla çıxış ediblər.
Bazarda azad rəqabəti stimullaşdıracaq, ölkədə biznes mühitinin əlverişliliyinin artmasına zəmin yaradacaq, kiçik və orta biznes subyektlərinin bazara giriş imkanlarını genişləndirəcək, təbii inhisar subyektləri üzərində daha səmərəli nəzarət sisteminin təşkilini mümkün edəcək Məcəllə ətrafında geniş diskussiyalar aparılıb.
Sualların əksəriyyəti Məcəlləsinin tətbiqi mexanizmi və anlayışların izahı ilə bağlı olub. Sahibkarlara məlumat verilib ki, Xidmət bununla əlaqədar zəruri normativ hüquqi aktların üzərində işləyir və qaldırılan məsələlər həmin normativ aktlarda nəzərə alınacaq.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.