Home » Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq

Sahibkarlar Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı məlumatlandırılacaq

by bbnadm
0 comment 0 views 1 minutes read

Yanvarın 31-də, saat 11.00-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kiçik və orta biznes nümayəndələri üçün “Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər və tətbiq olunan yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri keçiriləcək.

Tədbirdə sahibkarlar Vergilər Nazirliyinin nümayəndələri tərəfindən vergi sahəsində dövlət siyasəti və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər barədə məlumatlandırılacaq, onları maraqlandıran suallar cavablandırılacaqdır.

Onlayn tədbirə ölkənin istənilən yerindən internet vasitəsilə (kompyuter, planşet və mobil telefondan istifadə etməklə) qoşulmaq mümkündür:

– Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/335825103 linkinə daxil olmaqla (parol 335825103);

– iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Əlavə məlumat üçün KOBİA-ya müraciət etmək olar (Əlaqələndirici şəxslər: 055 525 30 30 – Adil Əhmədov, Nicat Əlizadə – 055 510 30 30).

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.