Sahibkarların nəzərinə!

20 aprel 2021-ci il tarixində, saat 11.00-da “Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda onlayn tədbir keçiriləcək. 

Qeydiyyat üçün: https://forms.gle/trYYq4a2wBbr8EWe6
Forumda Azərbaycan və Türkiyənin mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və “MÜSİAD Azərbaycan“ın tərəfdaşlığı ilə keçiriləcək forumda iştirak etmək istəyən sahibkarlar və ya tədbirlə bağlı sualı olanlar aşağıdakı telefon nömrələrinə müraciət edə bilərlər: (+994) 50 7117077, (+994) 50 2277077

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır