Home » Şamaxıda sahibkarlarla görüş keçirilib

Şamaxıda sahibkarlarla görüş keçirilib

by bbnadm
0 comments 0 views 0 minutes read

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə regionlarda fəaliyyət göstərən sahibkarlar arasında istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüşlərin keçirilməsi davam etdirilir. Növbəti görüş Şamaxı şəhərində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.

Görüşdə Dövlət Xidmətinə ünvanlanan istehlakçı müraciətləri təhlil edilib, bununla bağlı müzakirələr aparılıb, bu sahədə qanunvericiliyin tələbləri barədə məlumat verilib, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə və Cəlilabad şəhərlərində də Dövlət Xidməti ilə sahibkarlar arasında görüşlər keçirilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.