Home » Si Cinpin və Trampın görüşündən sonra Çin birjaları ardıcıl iki gündür enir

Si Cinpin və Trampın görüşündən sonra Çin birjaları ardıcıl iki gündür enir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Şanxay və Şençjen fond birjaları, Çin Xalq Respublikasının sədri Si Cinpin və ABŞ prezidenti Donald Trampın görüşündən sonra ardıcıl ikinci ticarət günündə eniş nümayiş etdirib.

Ticarət məlumatlarına əsasən, “Shanghai Composite” indeksi 0,81% azalaraq 3 954,79 bəndə, “Shenzhen Component” isə 1,14% azalaraq 13 378,21 bəndə geriləyib.

“Göy çiplər” indeksi olan “CSI 300” 1,47% azalma ilə 4 640,66 bəndə enib. Yüksək texnologiyalar sektorunu əks etdirən “Star Market 50”“ChiNext” indeksləri isə müvafiq olaraq 3,13% və 2,31% azalaraq 1 415,523 187,53 bənd təşkil edib.

Xatırladaq ki, 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində Si Cinpin və Donald Tramp arasında görüş keçirilib. Çin Ticarət Nazirliyinin məlumatına görə, danışıqların nəticəsində ABŞ Çin mallarına tətbiq edilən 10%-lik “fentanil rüsumlarını” ləğv edəcək, həmçinin 24%-lik əlavə tarifin qüvvəsinin dayandırılmasını uzadacaq. Çin tərəfi isə bu rüsumlara qarşı cavab tədbirlərini uyğun şəkildə tənzimləyəcək.

Bundan başqa, Vaşinqton və Pekin gəmiqayırma sənayesinə qarşı tədbirləri bir il müddətinə dayandırmaq barədə razılığa gəliblər.

ABŞ həmçinin 29 sentyabrda elan etdiyi ixrac məhdudiyyətlərini – sanksiya siyahısına daxil olan Çin şirkətlərinin törəmə müəssisələrinə şamil olunan məhdudiyyətləri də bir il müddətinə dayandıracaq.

Görüşün yekunlarına əsasən, “TikTok” sosial şəbəkəsi ilə bağlı məsələ hələlik açıq qalır.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.