Home » Sığorta hadisələrinin qarşısıalınma tədbirləri ilə bağlı sosial video-çarx hazırlanmışdır

Sığorta hadisələrinin qarşısıalınma tədbirləri ilə bağlı sosial video-çarx hazırlanmışdır

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış Memoranduma əsasən həyata keçirilən sığorta maarifləndirməsi layihəsi çərçivəsində yerli sığorta şirkətlərinin iştirakı ilə sığorta hadisələrinin qarşısıalınma tədbirləri istiqamətində video-çarx hazırlanmışdır.

Adı çəkilən üç qurum arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” Memoranduma əsasən ümumrespublika səviyyəsində geniş maarifləndirmə işlərinə başlanılmışdır. 3 ili əhatə edəcək bu sığorta maarifləndirməsi layihəsinin ilk mərhələsində əhalidə və biznes subyektlərində risk fərqindəliyinin formalaşdırılması nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində yerli sığorta mütəxəssislərinin əhaliyə risk və sığorta anlayışları ilə bağlı geniş açıqlamaları təqdim olunur, eyni zamanda müxtəlif vasitələrlə hadisələrin qarşısının alınması ilə bağlı sosial çağırışlar ünvanlanır.

Hadisələrin qarşısının alınması ilə bağlı hazırlanmış sosial video-çarx vasitəsilə vətəndaşlara ətrafımızın daim risklərlə əhatələndiyi və bu risklərdən qorunmaq üçün vaxtında qarşısıalınma istiqamətində addımlar atmağımız aşılanır və tövsiyə olunur.

Sosial video-çarx

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.