“Sığorta” mövzusunda təlim keçiriləcək

Fevralın 20-də Bakı KOB İnkişaf Mərkəzi tərəfindən “Sığorta” mövzusunda maarifləndirici təlim keçiriləcək.
 
 “Bakı KOB evi”ndə keçiriləcək təlimdə ekspert Məhəmməd Həsənli aşağıdakı mövzulardan danışacaq:
 – Sığorta nədir;
 – Sığorta üçün nə lazımdır;
 – Sığorta növləri;
 – Sığorta vasitəçiləri;
 – Sığorta müqaviləsi bağlanan zaman nələrə diqqət edilməlidir;
 – Daşınmaz əmlakın icbari sığortası;
 – Sığorta qanunvericiliyi;
 – Nələr məcburi qaydada sığortalanmalıdır;
 – Nələr sığortalana bilməz;
 – Sığorta hadisələri;
 – Sığorta məbləğləri və sığorta haqları.
 
 Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək istəyənlər (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya baki@kobim.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Təlim ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır