Sığortaçılara müvəqqəti requlyativ tətillər verildi

Sığortaçılara müvəqqəti requlyativ tətillərin verilməsi

• Xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə 01mart 2020-ci il tarixdən sonra yaranmış və 90 günü aşmış debitor borclarının sığorta ehtiyatıvə sığortaçının öz vəsaitlərinin hesablanmasında 01 yanvar 2021-ci ilədək nəzərə alınması;

• Sığortaçılarda səyyar yoxlamaların (növbəti) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla (növbədənkənar) 30 sentyabr 2020- ci ilədək təxirə salınması.

Sığortaçılara likvidliyin idarə edilməsində dəstəyin göstərilməsi və maliyyə dayanıqlığının qorunması

• İcbari Sığorta Bürosuna təqvim haqqlarının ödənişinə 30 sentyabr 2020-ci ilədəkmöhlət verilməsi üçün İSB-yə tövsiyə edilməsi;

• Kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin sığortaçılara tövsiyə edilməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır