Home » SOCAR MARINE beynəlxalq dəniz yanacağı bazarında lider oldu

SOCAR MARINE beynəlxalq dəniz yanacağı bazarında lider oldu

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

600 MİN TONLUQ SATIŞLA BAZAR PAYI 25%-İ ÖTDÜ

2013-cü ildən beynəlxalq dəniz yanacağı sektorunda fəaliyyət göstərən SOCAR MARINE, 2019-cu ildə 600 min tonluq satışla sektorun lideri oldu. Sektorun gənc iştirakçısı olan SOCAR MARINE-in bazar payı 25%-i ötdü.Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR Türkiyə-nin sərmayələrinə paralel olaraq sürətlə böyüyən SOCAR MARINE markası beynəlxalq dəniz yanacağı sektorunun liderliyinə yüksəldi. 2019-cu ildə SOCAR MARINE-nin satışları 600 min tonluq həcmi aşdı. Türk boğazlarından keçən, Türkiyə limanlarında yük əməliyyatlarını yerinə yetirərək xaricə çıxan, yaxud da ölkəyə daxil olan gəmilərə satışları əhatə edən bu həcmlə şirkətin bazardakı payı 25%-dən artıq oldu.

LİDERLİYİN ƏSAS ŞƏRTLƏRİNDƏN BİRİ MÜŞTƏRİ MƏRKƏZLİ STRUKTURDUR

Türkiyədə 7 ildən bəri fəaliyyət göstərən SOCAR MARINE Dəniz Satışlarının Direktoru Zəki Tarakçı deyib: “Sektorda yeni iştirakçılardan olmağımıza baxmayaraq, yüksək keyfiyyətli məhsul və xidmət anlayışımız, müştərilərimizi və onların ehtiyaclarını daim diqqət mərkəzində saxlamağımız qısa müddətdə lider mövqeyi i əldə etməyimizə imkan yaratdı. Bu gün Türkiyənin Qara dəniz, Mərmərə dənizi, Egey və Aralıq dənizi bölgələri ilə yanaşı Cəbəlütariqdən Sinqapura, Rotterdamdan Cənubi Afrikaya qədər bütün beynəlxalq limanlarda həyata keçirdiyimiz yanacaqdoldurma fəaliyyəti SOCAR MARINE markasının beynəlxalq müstəvidə gücünü günbəgün daha yüksək səviyyəyə qaldırır. Əldə etdiyimiz bu güclü mövqe 2020-ci ildən etibarən daxili bazarın dənizçilik sektorunda da fəaliyyətə başlamağımıza imkan verir. Bu çərçivədə ölkədaxili yük və sərnişin daşıması ilə məşğul olan dənizçilik şirkətlərinin, turizm gəmilərinin və balıqçıların ehtiyaclarını ödəyə biləcək xidmətlərimiz və rəqabətədavamlı yanaşmamız ilə bu sektorda da fərqlənəcəyimizə inanırıq.”

“SOCAR TÜRKİYƏ”NİN SƏRMAYƏLƏRİ İLƏ YARANAN SİNERJİ

Beynəlxalq bazarlarda, ilk növbədə Türkiyədə dəniz və enerji sektorlarında daim keyfiyyətli xidmət göstərməyi hədəfləyən SOCAR MARINE liderliyə gedən yolda ən böyük sinerjini “SOCAR Türkiyə”nin həyata keçirdiyi nəhəng layihələr hesabına qazandı. 2018-ci ildə fəaliyyətə başlayan beynəlxalq səviyyəli enerji layihələri- TANAP və STAR neft emalı zavodu ilə yanaşı Petkim və “SOCAR Depolama”nın sahib olduğu limanlar vasitəsi ilə “SOCAR Terminal”-dakı gəmilərə xidmət göstərən və dünyanın qabaqcıl enerji şirkətlərindən olan SOCAR, dənizçilik sahəsində də Türkiyənin ən mühüm şirkətləri arasında yer alır. SOCAR bu gün artıq SOCAR MARINE markasını gücləndirərək, yalnız Türkiyənin deyil, Aralıq dənizi hövzəsinin ən böyük şirkətinə çevrilmək istiqamətində möhkəm addımlarla irəliləyir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.