ABŞ-ın 500 ən böyük şirkətlərinin yer aldığı S&P 500 səhm bazarı indeksi enməkdədir. Ancaq hələ ki, əsas səviyyəsində dayanmayıb. Sonuncu enmə isə 2% qeydə alınıb. Söhbət isə iyulun sonunda il üçün özünün ən yüksək rəqəmi olan 4588-dən gedir.
BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, bildirilir ki, indeksin qiymətində daha çox enmə gözlənilə bilər.
Əlavə edilir ki, belə bir azalmağa isə Çinin iqtisadiyyatı və ABŞ-ın bank sektoru ilə bağlı gələn xəbərlər səbəb olub. Birinci növbədə, Çinin iyulda ixracı bir il öncə ilə müqayisədə gözləniləndən daha çox enib, bu isə onu göstərir ki, qlobal tələb zəifləməkdədir. İkinci bir səbəb isə Moody’s tərəfindən yerli bəzi banklar üçün kredit reytinqinin aşağı salınması olub. Agentlik buna səbəb kimi isə ölkədəki yüksək faiz dərəcələrinin gəlirlərdən “yediyini” göstərib.