Home » “Squid Game” kriptovalyutasının dəyəri rekord həcmdə yüksəlib

“Squid Game” kriptovalyutasının dəyəri rekord həcmdə yüksəlib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Son aylarda bütün dünyada kinosevərlərin dilindən düşməyən və böyük həcmdə diqqət cəlb edən “Squid Game” serialı maliyyə bazarlarına da təsirsiz ötüşməyib. Belə ki, Koreya istehsalı olan “Netflix” serialı əsasında bazara buraxılan “Squid Game” kriptovalyutası rekord həcmdə artıma nail olub və kriptovalyuta bazarında ən sürətlə yüksələn kriptovalyuta ünvanını alıb.

“Pancakeswap” platforması üzərindən ticarət əməliyyatları həyata keçirilən bu kriptovalyuta ötən həftə dövriyyəyə buraxılıb. Bir həftə ərzində ümumilikdə 130000%-dən çox dəyər qazanan bu kriptovalyuta hazırda “CoinMarketCap” listinqində SQUID adı altında 340 dollardan yüksək məbləğdə qeyd edilib. Məlumat üçün qeyd edək ki, 26 oktyabr tarixində sözügedən göstərici 0.01341 dollar səviyyəsində olub.

“SQUID” kriptovalyutası hazırda 240 milyard dollara yaxın bazar kapitalizasiyasına malikdir. Kriptovalyuta bazarında ən böyük rəqiblərindən olan “SHIBA INU” 890%-lik artımla 39 milyard dollar civarında bazar kapitalizasiyasına sahibdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.