Alshaya Qrupunun tərəfndən verilən açıqlamada “Son 6 ayda getdikcə çətinləşən ticarət şərtləri nəticəsində biz Starbucks Yaxın Şərq və Şimali Afrika mağazalarımızda işçilərin sayını azaltmaq üçün təəssüf doğuran və çox çətin qərar qəbul etdik”-ifadəsi qeyd olunub.
BBN.az bu barədə Bloomberg Türkiyə’yə istinadən xəbər verir.
Açıqlamada qrupun 25 ildən artıqdır ki, Starbucks-ın bölgədəki lisenziyalı ortağı olduğu, işdən çıxarılan işçilərə və onların ailələrinə lazım olan dəstəyin veriləcəyi bildirilib.
Seattleda yerləşən Starbucks qəhvə şəbəkəsinin 11 Yaxın Şərq və Şimali Afrika ölkəsində 1900-dən çox mağazası və 19 mindən çox işçisi var.
İsrailin Qəzza zolağına hücumlarını dəstəkləyən bəyanatlar verən və yardım göndərən beynəlxalq şirkətlər bütün dünyada boykot edilərək etiraz edilməyə başlanmışdı.
ABŞ qəhvə şəbəkəsi Starbucks McDonald’s, Pizza Hut, KFC, Domino’s, Unilever və Nestle kimi şirkətlərlə etirazlar və boykot kampaniyaları ilə üzləşən Qərb brendləri arasında idi.