Home » “Startap” şəhadətnaməsi kimlərə verilir? – Video

“Startap” şəhadətnaməsi kimlərə verilir? – Video

by anar
0 comments 1 views 1 minutes read

“Startap” şəhadətnaməsi Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən mikro və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərə və fərdi sahibkarlara verilir. Müraciətçi mikro və ya kiçik sahibkarlıq subyekti olmadıqda, orta və ya iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olduğu müəyyən edildikdə və ya rezident vergi ödəyicisi olmadığı məlum olduqda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA tərəfindən “Startap” şəhədatnaməsinin verilməsindən imtina olunması barədə qərar qəbul edilir.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi innovativ təşəbbüsə əsaslanaraq sahibkarlıq fəaliyyəti həyata keçirən mikro və kiçik sahibkarlıq subyektlərini bu fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.