Statista: Böyük texnologiya şirkətləri və böyük cərimələr – Foto

Almaniyanın bazar və istehlakçı data-ları üzrə ixtisaslaşan şirkəti Statista – Ümumi Məlumatların Qorunması üzrə Tənzimləyicinin – General Data Protection Regulation (GDPR) tarixində ən yüksək cərimələrin siyahısını hazırlayıb. Cərimələrin miqdarı isə 2022-ci ilin sentyabrında hazırki məzənnəyə dəyişdirilib.

BNN.az bu haqda Statista-ya istinadən xəbər verir. 

Məsələn, bu yaxın tarixdə, 2022-ci ildə Meta şirkətinə daxil olan Instagram 405 milyon avro, yaxud 402 milyon dollar cərimə edilib. 2021-ci ilin iyulunda isə ən böyük cərimə Amazon-da olub, 1 milyard dollara yaxın, təxminən 740 milyon dollar. 

Tənzimləyicinin tarixində ən böyük cərimə siyahısında 3-cü isə WhatsApp olub. Növbəti yeri Google, daha sonra Facebook tutub. Növbəti 2 yer isə Google-a, digər bir yer isə İsveç şirkəti H&M-a aiddir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır