Home » Süni intellekt 300 milyon işi əvəz edə bilər

Süni intellekt 300 milyon işi əvəz edə bilər

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Goldman Sachs investisiya bankının hesabatına görə, süni intellekt (AI) 300 milyon tam ştatlı işi əvəz edə bilər.

Hesabata görə, süni intellekt ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına səbəb ola bilər; həm də yeni iş yerləri yarada və məhsuldarlığı artıra bilər.

Hesabatda bildirilir ki, illik qlobal xidmət və istehsal 7 faiz arta bilər. İnsan yaradıcılığından fərqlənməyən məzmun istehsal edən süni intellektin inkişafı irəliyə doğru atılmış böyük addım kimi xarakterizə edilir.

Bildirilir ki, süni intellektin təsirinə məruz qalacaq iş yerlərinin 46 faizi inzibati, 44 faizi hüquqi, 6 faizi tikinti, 4 faizi isə texniki xidmət və təmir sektorundadır.

Süni intellektin öz xüsusiyyətləri və müəllif hüquqları ilə yaratdığı problemlər rəssamları və dizaynerləri uzun müddətdir narahat edir.

“Nə qədər iş yerinin generativ süni intellektlə əvəz olunacağını əvvəlcədən bilməyin heç bir yolu yoxdur”, – deyə Oksford Universitetinin Oksford Martin Məktəbinin gələcək direktoru Karl Benedikt Frey BBC News-a bildirib.

“Məsələn, ChatGPT-nin etdiyi şey, orta yazı bacarığı olan daha çox insanın esse və məqalələr hazırlamasına imkan verməkdir. Buna görə də, belə işə tələbatda çox ciddi artım görməsək, jurnalistlər daha çox rəqabətlə üzləşəcəklər ki, bu da maaşları aşağı salacaq. Növbəti bir neçə il ərzində generativ süni intellekt, çox güman ki, daha geniş yaradıcı tapşırıqlar toplusuna oxşar təsir göstərəcək”.

Frey hadisələri Uber və ya GPS texnologiyası gələndə sürücülərin üzləşdiyi çətinliklərə bənzədir. Bu texnologiyaların gəlişi nəticəsində sürücülərin sayının azalmadığını, əksinə maaşların azaldığını xatırladan Frey, ChatGPT ilə jurnalistlərin maaşlarının aşağı düşmə təhlükəsi ilə üzləşdiyini bildirir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.