Home » Tərəvəzçilik İnstitutu ilə Toxumçular Assosiasiyası arasında memorandum imzalanıb

Tərəvəzçilik İnstitutu ilə Toxumçular Assosiasiyası arasında memorandum imzalanıb

by ulviyya
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu ilə Toxumçular Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

BBN.az Nazirliyə istinadən xəbər verir ki, Anlaşma Memorandumu Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Elmar Allahverdiyev və Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva arasında imzalanıb.

Məlumata görə, Memorandumun məqsədi iki qurum arasında əməkdaşlığın genişləndirilməsi, bu əməkdaşlıq nəticəsində istehsal olunmuş keyfiyyətli və yüksək məhsuldar tərəvəz toxumlarının ölkə fermerlərinə çatdırılmasına dəstək olmaq, yeni yüksək məhsuldar toxum sortlarının təşviqi və təbliğatı işlərini birgə həyata keçirmək, toxumçuluq sahəsində yeni texnologiyaların və metodların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasında ixtisaslaşmış peşə sahibləri ilə birgə treninqlərin təşkilindən ibarətdir.

Görüşdə institutun fəaliyyəti, aparılan elmi-tədqiqat işləri, yeni yaradılmış tərəvəz sortları, tərəvəz toxumçuluğunun inkişafı, yerli toxumlara olan tələbatın ödənilməsi barədə ətraflı məlumat verilib.

E. Allahverdiyev bildirib ki, institutda qurulmuş biotexnologiya laboratoriyası, aqrokimya laboratoriyası və digər müasir laboratoriyalar günün tələblərinə uyğun mövzular ətrafında elmi tədqiqatların aparılmasına və təcrübədə yoxlanılmasına imkan verir.

M. Əliyeva institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları, toxum emalı kompleksi, istixana kompleksləri ilə yaxından tanış olub, yerüstü və yeraltı damlama, gübrələmə və ağıllı idarəetmə sistemlərinə, sınaq əkin sahələrinə baxış keçirib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.