0

2026-cı ilin ilk 4 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 2,9 milyard ABŞ dolları artaraq 87,9 milyard ABŞ dollarına yüksəlib.
Bu barədə Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
Azərbaycan Mərkəzi Bankı sədrinin sözlərinə görə, ölkənin strateji valyuta ehtiyatları hazırda 87,9 milyard ABŞ dolları səviyyəsində formalaşıb.
O qeyd edib ki, AMB-nin öz valyuta ehtiyatları isə 12,7 milyard ABŞ dolları təşkil edir.




