Home » Tatarıstanla iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb

Tatarıstanla iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb

by bbnadm
0 rəy 1 baxış 2 dəqiqə oxuma

Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası, Tatarıstan-Azərbaycan biznes forumu keçirilib, iqtisadi əlaqələrin intensivləşdirilməsinə dair müzakirələr aparılıb.

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov arasında görüş keçirilib. Tərəflər Azərbaycanın Tatarıstanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün görüləcək işlər barədə müzakirə aparıblar.

Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib

Kazanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.

Tədbirdə Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin şaxələndirilməsi barədə fikirlərini bölüşən iqtisadiyyat naziri müvafiq qurumlar arasında institusional əməkdaşlığın intensivləşdirilməsinin əhəmiyyətini, işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində əməkdaşlıq üçün geniş potensialı diqqətə çatdırıb. Ölkələrimiz arasında bir çox sahələrdə uğurlu əlaqələri qeyd edən Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Oleq Korobçenko Tatarıstan şirkətlərinin Azərbaycanın biznes dairələri ilə əməkdaşlıq üçün real təkliflərinin olduğunu və bu istiqamətdə işlərin sürətləndirilməsinin vacibliyini ifadə edib.

Tərəflər həmçinin, iqtisadi-ticarət əlaqələrinin intensivləşdirilməsi perspektivlərini müzakirə ediblər.

İclas çərçivəsində Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri tərəfindən 3-cü iclasın yekunlarına dair Protokol imzalanıb. Sənəddə rəqəmsal iqtisadiyyat, elm, təhsil, gənclər, idman mədəni-humanitar, sosial və turizm sahələrində tərəfdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın “Ximqrad” Texnopolisinin “İnnovativ Sənaye Parkı – Yüksək Texnologiyalar sahəsində Texnopark”ı arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.