Tayvan-qədim və müasirliyin kəsişdiyi ölkə

Tayvan hökumətinin son məlumatına, əsasən bu gün ölkədə 40-a yaxın yerli bank var və aralarında HSBC and “Citibank” kimi beynəlxalq banklar da mövcuddur. 23,5 milyon əhali üçün bu rəqəm bankların bumu deməkdir. Tayvan əsilli Amerikalı professor ölkə bankları ilə bağlı 2 il əvvəlki təcrübəsini paylaşıb və bildirib ki, Amerikada pul köçürülməsi çox sadə bir prosedurdur və bunun üçün sadə sənədlər: şəxsiyyət vəsiqəsi, sadə forum gərəkdir, nağd, yaxud nağdsız ödəmə üsulu keçərlidir. Amma professor Tayvanda olan zaman heç də belə sadə prosedurdan keçməyib və bildirir ki, “əməliyyatlar asta aparılır”. “Əl ilə 3 nüsxədə sənədləri doldurdum, daha sonra bank işçisi onu kompüter sisteminə daxil etdi, eyni zamanda arxa fonda isə köhnədən qalmış printerin vızıltısı eşidilirdi”, o, əlavə edir. Üstəlik, Tayvan yüksək texnologiya şirkətlərinin olduğu məkandır, məsələn, TSMC və “Foxconn”, onlar kompüter və smartfon üçün əsas ehtiyat hissələrin təchizatı ilə məşğuldurlar.

Tayvan kriptoməzənnənin yüksək inkişaf etdiyi marketə ev sahibliyi edir. Buna baxmayaraq ölkə, köhnədən qalmış iş modeli ilə də diqqət mərkəzindədir, xüsusilə bank sektorunda. Maliyyə mütəxxəsisi Sharon Hsu bildirir ki, “Tayvanın bankçılıq sənayesi çox-çox ənənəvidir. Sistem ilə bağlı olaraq bir çox əngəllər var və digər sahələrdən fərqli olaraq çox asta inkişaf edir”. Layihə araşdırmaçısı Devid Stinson (David Stinson) bildirir, Tayvan hökuməti çalışır ki, adi elektorn sənədləşmə işlərini bank sisteminə adaptasiya etsin, amma digər mövqedən onlar yeniliyə açıq deyillər və yeniliyə çox gec adaptasiya olurlar.

Pandemiya bir qədər də olsa bank sənayesinin müasirləşməsinə təkan vermişdi, riteyl müştərilər nəhayət ki, onlayn bankçılıq və onlayn bank əlavələrinə yenidən fikir verməyə başlayıblar. Hökumətin hesabatına əsasən, 2019-cu ilin sonunda rəqəmsal depozit hesabları 3,83 milyon olub, 2021-ci ilin sonunda isə nəhayət ki bu göstəricilər 2-3 dəfə artaraq 10,47 milyona yüksəlib. 

“Tayvan 2019-cu ildə 3 onlayn bankın qeydiyyatını təsdiq etmişdi, amma onlar çox sadə əməliyyatları həyata keçirirdilər, məsələn, yığım və kredit” hüquqşünas Kunchou Tsai deyir və əlavə edir ki, bu sadəcə onların potensialının yeni bir başlanğıcıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır