0

Türkiyə Mərkəzi Bankı (TCMB) həftəlik statistika göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ötən həftə ərzində Türkiyə Mərkəzi Bankın qızıl ehtiyatları 1.447 milyard dollar həcmində artaraq, 43.523 milyard dollar olub. Müxtəlif valyutalarda saxlanılan ehtiyatların həcmi 2.844 milyard dollar geriləyərək, 65 milyard 336 milyon dollar olub.
Məlumat üçün qeyd edək ki, TCMB ümumi ehtiyatları 108.864 milyard dollar həcmində olub. Bu isə, ötən həftəyə nəzərən, 1.397 milyard dollar azalma deməkdir.





