Home » “Tesla” səhmləri rekord səviyyəyə qalxıb

“Tesla” səhmləri rekord səviyyəyə qalxıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Nəhəng elektrikli avtomobil istehsalçısı “Tesla” şirkətinin səhm dəyəri bazar ertəsi günü (13 yanvar) 10% artaraq 524.86 ABŞ dollarına çatıb və bununla da tarixində ilk dəfə 500 ABŞ dollarını keçib. “FactSet” maliyyə araşdırmaları şirkətinin məlumatına görə, səhmlərin qiyməti son üç ay ərzində iki qatına çıxıb. Bunun əsas səbəbləri kimi isə, “Tesla”nın Çin bazarına daxil olması və şirkətin dördüncü rüb göstəricilərinin “Wall Street” proqnozlarını üstələməsi göstərilir.

Səhm dəyərində qeydə alınan son artımlar nəticəsində “Tesla”nın bazar kapitalizasiyası 94.6 milyard ABŞ dollarına çatıb. Bu isə amerikan avtomobil bazarında ən yaxın rəqibləri olan “General Motors” və “Ford” şirkətlərinin bazar kapitalizasiyalarının cəmindən (86.74 milyard dollar) belə çoxdur.

Qeyd edək ki, “Tesla” şirkəti 2019-cu ilin sonunda Çinin Şanxay şəhəridə həftəlik maksimal 1000 elektromobil istehsal tutumuna malik zavodunda “Model 3 sedan” istehsalına başlayıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.