

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) dərhal faiz dərəcələrini azaltmayacağı təqdirdə, ölkə iqtisadiyyatının yavaşlaya biləcəyini bəyan edib.
BBN.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında növbəti paylaşımında bildirib.
“FED sədri Cerom Paueli (Jerome Powell) üçün faiz dərəcələrini aşağı salmaq üçün mükəmməl vaxtdır”,- Tramp yazıb.
Paueli “həmişə gecikdiyinə” görə tənqid edən Tramp, onun indi imicini dəyişdirə və sürətlə hərəkət edə biləcəyini qeyd edib.
İki ayda enerji qiymətlərinin, faizlərin, inflyasiyanın və hətta yumurta qiymətlərinin düşməsinə, məşğulluğun artmasına işarə edən Tramp, “Bu, Amerika üçün böyük bir qazancdır. Faizləri aşağı salın, Jerome”,- ifadələrdən istifadə edib.