Türk lirəsi zəifləyib

Türk lirəsi dollar qarşısında iki aydan sonra daha bir kəskin dəyər itirməsi ilə üzləşib. Belə ki, birjaların açılması ilə türk lirəsi dollar qarşısında geriləyərək 8.7 səviyyəsində qərarlaşıb. Qeyd edək ki, ötən həftə bu göstərici 8.42 səviyyəsində idi. Avro/lirə məzənnəsi isə 10.21 səviyyəsinə yüksəlib.

Bu göstəricinin artmağında əsas səbəb kimi, FED-in və Türkiyə Mərkəzi Bankının bir gün intervalla açıqlaması səbəbindən investorların birjada kəskin əməliyyatlar həyata keçirməsi olub.

Məlumat üçün qeyd edək ki, Bloomber Dollar Spot İndeksinin irəliləyərək 1.154 səviyyəsinə çatması ilə əksər valyutalar dollar qarşısında dəyər itirib. Avro (-0.09%) geriləyərək 1.1715 səviyyəsində qərarlaşıb. Bununla belə, ən çox dəyər itirən valyutalar içində lirə (-2.08%) lider mövqedədir. Ən çox dəyər itirən ikinci valyuta isə Cənubi Afrika randı (-1.64%) olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır