Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 25%-ə çatdırıb və daha 650 baza bəndi artıma gedib.
BBN.az CNBC Business-ə istinadən xəbər verir ki, daha əvvəl isə bank uçot faiz dərəcəsini 250 baza bəndi artıraraq 17.5%-ə yüksəltmişdi.
Qeyd edək ki, ölkədə inflyasiya isə 47.83%-dir və bu isə tənzimləyicinin gözləntisindən uzaqdır və bildirilir ki, bank artımlara getməklə tədricən inflyasiyanı aşağı salmağı planlaşdırır. Eyni zamanda Reuters-in sorğusuna qatılan ekspertlər isə proqnoz edirdilər ki, Mərkəzi Bank uçot faiz dərəcəsini 17.5%-dən 20%-ə yüksəldəcək və nəticə isə gözləniləndən daha çox olub.
Bildirilir ki, qərardan sonra türk lirəsi dollar və avroya nisbətdə azalma nümayiş etdirib.