Çərşənbə axşamı, yəni avqustun 20-dəki iclasında Türkiyə Mərkəzi Bankı ardıcıl 5-ci ayda faiz dərəcələrini dəyişməz saxlayıb, 50%. Bu isə ekspertlərin gözləntiləri ilə üst-üstə düşür.
BBN.az xarici mətbuata istinadən xəbər verir ki, bankın açıqlamasında bildirilib ki, iyulda inflyasiya qismən artıb, 3-cü rüb üzrə nəticələr göstərir ki, enən inflyasiyanın təsiri ilə daxili tələb azalmağa davam edib.
İyulda Türkiyənin illik istehlakçı inflyasiyası 61.78% ilə 9 ayın ən aşağı səviyyəsinə qədər enib. Aylıq bazada istehlakçı qiymətləri iyundakı 1.64%-dən iyulda 3.23%-ə qədər artıb.