Türkiyədə işsizlik artıb

Türkiyə Statistika Orqanının (TürkStat) 2021-ci ilin iyul ayına açıqladığı göstəricilərə görə, Türkiyədə işsizlik 12.1% (3.9 milyon nəfər) səviyyəsindədir. Bu isə, bir öncəki ay ilə müqayisədə, 1.4% (506 min nəfər) artım deməkdir.

Digər tərəfdən isə, ötən ilin iyul ayı göstəricilərinə nəzər saldıqda, işsizlik səviyyəsində 2.5% (585 min nəfər) həcmində azalma qeydə alındığı görünür.

Ümumilikdə isə, iyul ayında iyun ayı ilə müqayisədə işçi qüvvəsinin sayında 631 min nəfərlik artım qeydə alınıb. Türkiyədə hazırki işçi qüvvəsinin həcmi 32.63 milyon nəfər səviyyəsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır