Türkiyədə işsizlik azalıb

Türkiyə Statistika Orqanının (TürkStat) 2022-ci ilin fevral ayına açıqladığı göstəricilərə görə, Türkiyədə işsizlik 10.7% (3.579 milyon nəfər) səviyyəsindədir. Bu isə, bir öncəki ay ilə müqayisədə, 178 min nəfər azalma deməkdir.

Ümumilikdə isə, fevral ayında yanvar ayı ilə müqayisədə işçi qüvvəsinin sayında 87 min nəfərlik azalma qeydə alınıb. Türkiyədə hazırki işçi qüvvəsinin həcmi 33.585 milyon nəfər səviyyəsindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır