
Türkiyənin rəsmi statistika ofisi TÜİK ölkədə qeydə alınan ən son istehlak qiymətləri indeksi göstəricilərini açıqlayıb. Hesabata görə, 2022-ci ilin mart ayında inflyasiya dərəcəsi ötən aya nisbətdə 5.46%, ötən ilin müvafiq ayına nisbətdə isə 61.14% yüksəlib.
Ümumilikdə, 409 fərqli sfera üzrə qiymət dəyişiklikləri əsasında hesablanan hesabatda, 313 sfera üzrə qiymət artımları qeydə alınıb. Nəqliyyat və daşınma üzrə qiymətlərdə 100%, qida və alkoqolsuz içkilər üzrə 71%, ev əşyaları üzrə isə 70% civarında artım baş verib. İllik müqayisədə ən az artım (15%) kommunikasiya sferasında qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, Türkiyənin alternativ inflyasiya araşdırma qrupu olan “ENAGRUP” tərəfindən açıqlanan göstəricilərə görə, inflyasiya ötən ilin mart ayına nəzərən 142.63% səviyyəsində qərarlaşıb.




