Home » Türkiyənin ixrac və idxal göstəriciləri artıb

Türkiyənin ixrac və idxal göstəriciləri artıb

by bbnadm
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Türkiyə Ticarət Nazirliyi fevral ayına olan ixrac statistikasını açıqlayıb. Belə ki, statistikaya görə, Türkiyənin fevral ayında ixrac etdiyi məhsulların ümumi dəyəri 20.4 milyard dollara çatıb və ötən ilin müvafiq dövrünə nisbətdə 25.4%-lik artıma nail olub. Fevral ayı üzrə idxal göstəricisi isə ötən ilin müvafiq ayı ilə müqayisədə 44.5% artaraq 27.88 milyard dollar səviyyəsinə yüksəlib.

Ötən ilin cari dövrünə  nisbətdə Türkiyənin xarici ticarət kəsirində kəskin artım müşahidə olunub. Belə ki, sözügedən göstərici 135.5% artaraq 7.88 milyard dollar olub. Buna idxal-ixrac göstəricilərində yaranan namütənasiblik nəticəsində ixracın idxalı təmin etmə faizinin 71.7%-ə enməsi səbəb olub.

Türkiyənin ən çox ixracat həyata keçirdiyi ölkələr Almaniya (1.785 milyard dollar), ABŞ (1.3 milyard dollar) və Böyük Britaniya (1.09 milyard dollar) olub. Ölkəyə idxal edilən məhsulların isə əksəriyyəti Rusiya Federasiyası (3.85 milyard dollar) , Çin (3.176 milyard dollar)  və Almaniyaya (1.835 milyard dollar) məxsusdur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.