
Qızıl bazarında gərgin gözləyiş hökm sürür.
ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini artıracağı ilə bağlı artan narahatlıqlar və inflyasiya riskləri qızılı ikinci həftədir ki, ucuzlaşma tendensiyasına salıb.
İnvestorlar bir tərəfdən sərt pul siyasətinin yaratdığı riskləri qiymətləndirərkən, digər tərəfdən ABŞ və İran arasında gözlənilən sülh perspektivlərinə dair xəbərləri yaxından izləyirlər. Sülh ümidləri qızılın dəyər itkisini qismən məhdudlaşdırsa da, yüksək faiz mühitinin yaratdığı alternativ xərclər qiymətli metal üzərindəki təzyiqi artırmağa davam edir. Analitiklərin fikrincə, bazarın gözü makroiqtisadi göstəricilərdə və geosiyasi gəlişmələrdədir; bu qeyri-müəyyənlik mühiti qızılın istiqamətini müəyyənləşdirməyi çətinləşdirir.




