0
Bakıda səfərdə olan Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahin Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə KOB-lara dəstək və xidmət sahəsində hər iki qurumun fəaliyyətindəki yeniliklərə, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.