Home » “UK Export Finance” qurumunun qlobal mənşə üzrə həmsədri ilə görüş keçirilib

“UK Export Finance” qurumunun qlobal mənşə üzrə həmsədri ilə görüş keçirilib

by ulviyya
0 comment 1 views 1 minutes read

İqtisadiyyat Nazirliyində “UK Export Finance” qurumunun qlobal mənşə üzrə həmsədri Emma Tomas ilə keçirilən görüşdə əməkdaşlığın mümkün istiqamətləri müzakirə olunub.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” qurumunun (UKEF) qlobal mənşə üzrə həmsədri Emma Tomasla görüşüb.

Görüşdə Azərbaycan iqtisadiyyatı, investorlar üçün yaradılan imkanlar, azad edilmiş ərazilərimizin iqtisadi potensialı barədə məlumat verilib. Azərbaycanda COP29-la bağlı həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir müavini bu çərçivədə əməkdaşlığın önəmini vurğulayıb.

Emma Tomas təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, Azərbaycanla tərəfdaşlıqda infrastruktur, nəqliyyat, “yaşıl” enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat və digər istiqamətlər üzrə imkanları qeyd edib.

Tərəflər əlaqələrin mümkün istiqamətləri, o cümlədən, UKEF-in maliyyə alətlərinin Azərbaycanda istifadəsi imkanlarını, tərəfdaşlığın qurulması üçün təmasların davam etdirilməsi məsələlərini müzakirə ediblər.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.