Home » Ukrayna ilə xarici ticarət əməliyyatlarının payı azalıb

Ukrayna ilə xarici ticarət əməliyyatlarının payı azalıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata əsasən, 2022-ci ilin ilk üç ayında xarici ticarət əməliyyatlarının ümumi həcmi 10.9 milyard dollar səviyyəsini ötüb. Bunun 7.98 milyard dollarlıq hissəsi ixrac, 2.92 milyard dollarlıq hissəsi isə idxal əməliyyatlarının payına düşüb.

Regional nöqteyi-nəzərdən hesabata diqqət yetirsək, MDB ölkələri ilə xarici ticarət əməliyyatlarının böyük paya sahib olduğunu müşahidə edərik.  İlk üç ayda MDB ölkələrinə ixrac edilən məhsul və xidmətlərin həcmi 575 milyon 361 min dollar, idxal edilən məhsul xidmətlərin həcmi isə 812 milyon 224 min dollar təşkil edib. Bu göstəricilər ümumi xarici ticarət həcmində müvafiq olaraq 7.21% və 27.75%-lik pay deməkdir.

MDB ölkələri arasında başlıca ticarət tərəfdaşlarımızın içində Rusiya və Ukrayna da yer alır. Fevral ayının sonlarında sözügedən iki ölkə arasında yaranan konfliktlər Azərbaycan ilə ticarət tərəfdaşlığına da təsirsiz ötüşməyib. Belə ki, cari ilin ilk iki ayı ərzində 257 milyon dollarlıq ixrac ilə ümumi ixrac balansında 4.3%-lik paya sahib idisə, birinci rübün sonunda bu göstərici 3.98%-ə düşüb. Ukraynadan idxal edilən malların həcminin də ümumi idxal həcmində payı 3.76%-dən 2.91%-ə geriləyib.

Ümumi ticarət dövriyyəsində Rusiyanın payı 5.1%-dən 5.79%-ə artsa da, Ukraynanın payı 4.17%-dən 3.7%-ə geriləyib və ticarət tərəfdaşlığımız olan ölkələrin siyahısında ötən hesabata nəzərən bir pillə geriləyərək beşinci pillədə qərarlaşıb. Hazırda, dördüncü pillədə 4.41%-lik ticarət dövriyyəsi ilə Çin Xalq Respublikası dayanır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.