Home » Unibank Bakıda keçiriləcək para cüdo qran prisinin əsas tərəfdaşlarından biri olacaq

Unibank Bakıda keçiriləcək para cüdo qran prisinin əsas tərəfdaşlarından biri olacaq

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Unibank 11-12 may 2020-ci il tarixlərində Bakıda keçiriləсək para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” tədbirinin əsas tərəfdaşlarından biridir. Bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Unibank arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Unibank Paralimpiya Komitəsinin ən yaxın dəstəkçilərindəndir. “2018-ci ildən Unibank hər addımlarında Güllə atıcılığı üzrə milli paralimpiya komandasının  yanındadır. Bu səmimi dəstəyin nəticəsində, güllə atıcılığı komandamız son illərdə böyük uğurlara imza atıb. Hər anımızda “Unibank”ı yanımızda görmək çox xoşdur. Paralimpiya komandalarımızın 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün bu günədək qazandığı 7 lisenziyadan 2-si məhz “Unibank”ın dəstək verdiyi güllə atıcıları tərəfindən əldə edilib. Mayda keçiriləcək daha bir beynəlxalq yarışda “Unibank”ı yenə yanımızda görməyə çox şadıq”.

Unibank KB İdarə heyətinin sədir Faiq Hüseynov Paralimpiya ailəsi ilə günü-gündən artan əməkdaşlığı çox yüksək qiymətləndirib: “Bizim Milli Paralimpiya Komitəsi ilə əməkdaşlığımız tərəfdaşlıqdan daha da üstündür. Çox şadıq ki, “Unibank”la Komitə arasında bu gün dostluq, doğmalıq münasibətləri formalaşıb. Dəstək verdiyimiz Güllə atıcılığı üzrə milli paralimpiya komandamızın uğurları bizi sevindirir. İnanırıq ki, Tokio-2020-də paralimpiyaçılarımız böyük nailiyyətlərə imza atacaqlar. Para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020”  yarışında iştirak edəcək para cüdoçularımıza da böyük uğurlar arzulayırıq”.

Mayda Bakıda keçiriləcək  para cüdo üzrə “IBSA Judo Grand Prix Baku 2020” yarışına 40-dan çox ölkədən 400-ə yaxın idmançı və nümayəndənin qatılacağı gözlənilir. Bu yarışdan sonra Tokio 2020 Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə iştirak edəcək idmançıların adları açıqlanacaq.

Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

Unibank- hər kəsin bankı!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.