“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil olmuşdur

14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC -nin ümumi dəyəri 20,000,000 (iyirmi milyon) manat olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2013002020Faizli təmin edilməmiş sənədsiz adlı20,000(ədəd)1,000 AZN      9 %18 ay3 aydan bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır