Home » “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

“Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

by anar
0 comments 0 views 1 minutes read

21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2018002025 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 29.05.2025-ci il tarixində yekunlaşmışdır. 

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı “Unibank Kommersiya Bankı” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2018002025
İstiqraqzların növü və forması Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/forması Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı 4,000 ədəd
İlkin ticarət qiyməti 1,000 ABŞ dollar
Buraxılış həcmi 4,000,000 ABŞ dollar
İllik gəlirlilik faizi 8%
Ödəmə periodu İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 90 (doxsan) gündən bir ödənişlər həyata keçiriləcəkdir
Tədavül müddəti 6 il
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 4,000,000 ABŞ dollar
Reallaşdırılmış həcm 4,000,000 ABŞ dollar
Hərrac qiyməti 1,000 ABŞ dollar
İnvestor sayı 61
Sifariş sayı 61
Anderrayter “Unicapital İ.Ş.” ASC

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.