Home » Unibankda biznes hesabını banka gəlmədən-onlayn aç!

Unibankda biznes hesabını banka gəlmədən-onlayn aç!

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

“Unibank”da biznes hesabı açmaq üçün sahibkarların bank filialına gəlməsinə ehtiyac yoxdur. Bank fərdi və hüquqi şəxs olan sahibkarların işini asanlaşdımaq, onların vaxtına dəyər qatmaq üçün xeyli müddətdir ki, onlayn hesab xidmətini istifadəyə verib. Bu xidmət hər bir sahibkara harda olmasından asılı olmayaraq, bank filialına gəlmədən hesab açmaq imkanı verir. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.  Onlayn hesab açılan kimi İnternet Bankinq və Mobil Bankinq xidmətləri də dərhal aktiv olunduğundan, biznes sahibi istədiyi vaxt hesabında istədiyi əməliyyatı aparmaq imkanı qazanır.

“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

– Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

– Sadəcə buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;

– Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan dərhal sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir.

“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və  bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank- Sənin Bankın!

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.