
Unicapital İnvestisiya Şirkəti investorlar və investisiyaya maraq göstərən şəxslər üçün “İnvestisiyada yeni təcrübə: UTrader veb-portalı” mövzusunda növbəti maarifləndirici vebinar təşkil edib.
Şirkətin məlumatına görə, tədbirin əsas məqsədi Unicapital-ın təqdim etdiyi müasir investisiya həlləri, xüsusilə də yeni Trading Portal veb-platformasının funksionallığı barədə istifadəçilərə ətraflı məlumat vermək və onların investisiya prosesini daha rahat idarə etməsinə dəstək olmaq olub.
Platformanın real istifadəsi nümayiş etdirilib
Vebinar zamanı Unicapital-ın Pərakəndə satış və xidmət şöbəsinin rəhbəri Mənsimə Lətifova Trading Portal-ın praktiki istifadəsini təqdim edib. O, əməliyyatların icrası, hesabatlar bölməsi, hesabların idarə olunması, multidiaqram paneli və digər əsas investisiya alətləri barədə geniş izah verib.
“Məqsəd daha şəffaf və analitik platforma təqdim etməkdir”
Vebinarda Unicapital-ın direktoru Tofiq Həsənov yeni trading portalı ilə bağlı fikirlərini bölüşüb:
“UTrader Trading Portal-ı investorlara daha çevik, şəffaf və analitik baxımdan zəngin investisiya mühiti təqdim etmək məqsədilə hazırlanıb. Hədəfimiz müştərilərimizin qərarvermə prosesini yüksək standartlara uyğunlaşdırmaq və onlara qlobal bazarlara çıxışda peşəkar, intuitiv alətlər təqdim etməkdir. Bu platforma həm təcrübəli, həm də yeni başlayan investorlar üçün innovativ investisiya mədəniyyətinin formalaşmasına xidmət edir.”
40 000-dən çox alətlə ticarət imkanı
Xatırladaq ki, UTrader platforması vasitəsilə dünyanın aparıcı fond bazarlarında səhm və ETF-lər, həmçinin kriptovalyutalar daxil olmaqla 40 000-dən çox investisiya aləti ilə ticarət aparmaq mümkündür.
Unicapital müştərilərin investisiya biliklərinin artırılmasına xüsusi önəm verir və oxşar maarifləndirici vebinarların davamlı təşkilini planlaşdırır.
Növbəti vebinarlar barədə məlumat almaq istəyənlər qeydiyyat üçün aşağıdakı linkdən istifadə edə bilərlər:
https://forms.gle/SP93Bu1K27AnG6mb8




