Home » Unicapitalda yeni təyinat olub

Unicapitalda yeni təyinat olub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Maliyyə-investisiya bazarları sahəsində çoxillik təcrübəyə və biliyə malik olan daha bir peşəkar kadr bu günlərdə “Unicapital” İnvestisiya Şirkətində əhəmiyyətli vəzifəyə təyinat alıb. Şirkətin baş menecerinin qərarı ilə Seymur İbadov Unicapital” İnvestisiya Şirkəti ASC-nin “Araşdırmalar və investisiya məsləhəti şöbəsi”nin müdiri təyin olunub. Seymur İbadov bu vəzifəyə təyin olunanadək Paşa Həyat Sığorta ASC-də “İnvestisiya şöbəsi”nin müdiri olub. O, 12 ildən artıq Azərbaycan Dövlət Neft Fondunda müxtəlif vəzifəsində çalışıb. Hazırda UNEC-in MBA Dissertasiya Komitəsinin üzvü olan Seymur İbadov, İqtisadiyyat üzrə Fəlsəfə doktorudur. Ölkənin qabaqcıl ali məktəblərində makroiqtisadiyyat, investisiya və portfel idarəetməsi, maliyyə bazarları, statistika üzrə mühazirə dərsləri aparır.

Nizamnamə kapitalı 100%-lik “Unibank”a məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir. Şirkətin ümumi kapitalı 1,8 milyon manat civarındadır.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.