Home » “United Nations”: Ardıcıl 5 aydır ki, qlobal ərzaq qiymətləri enir

“United Nations”: Ardıcıl 5 aydır ki, qlobal ərzaq qiymətləri enir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Birləşmiş Millətlər Təşkilatının (United Nations-UN) Ərzaq Qiymətləri Indeks-i 5 aydır ki, ardıcıl şəkildə enir. Bu isə dünyada ərzaq qiymətlərinin yüksəlməsindən dolayı yaşayış xərclərinin artmasının yaratmış olduğu təzyiqi azaltdığının işarəsidir. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, avqustda index 138-ə enib, bu isə Rusiyanın Ukraynaya hücumundan öncəki rəqəmlərdən aşağıdır.

Hər iki ölkə qarğıdalı, günəbaxan yağı və taxılın əsas ixracatçılarıdırlar. “United Nations”ın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından deyiblər ki, iyulda təşkilatın da dəstək olduğu, Ukrayna limanlarının açılmasına dair razılaşma taxıl və bitki yağının qiymətlərinin enməsinə səbəb olub. Bu isə o deməkdir ki, daha çox təchizat beynəlxalq bazarlara çatacaq. 

“United Nations”ın Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının əməkdaşı Erin Collier BBC-yə deyib ki, qiymətlərin enməsi qarışıq səbəblərdən dolayı baş verir.

“Hazırda Kanada, ABŞ, Rusiyada məhsuldarlıq çox yaxşıdır, hər üç ölkə isə taxılın əsas ixracatçılarıdırlar”. Collier əlavə edib ki, qlobal ərzaq qiymətlərinin enməsini nümayiş etdirən hesabatdan sonra belə demək olar ki, ərzaq qiymətləri 2011-ci ilin pik həddindən yüksək olaraq qalır”. 

“Qiymətləri yüksəkdə saxlayan isə bir sıra faktorlar vardır. Bura enerji qiymətlərinin yüksəlməsi daxildir, bunun da mənası odur ki, fermerlər üçün gübrənin qiyməti baha olaraq qalır və təchizat qeyri-müəyyənliyi yaranır”, – deyə o, sözlərinə əlavə edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.